Azərbaycanlı alim vəfat etdi - FOTO


Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli vəfat edib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli bildirib.
O, F. Ələkbərlinin uzun müddət xəstə olduğunu, dünən gecə vəfat etdiyini deyib.
Qeyd edək ki, Ələkbərli Fərid Urxan oğlu 1964-cü il yanvarın 3-də Gəncə şəhərində anadan olub. O, 2011-2013-cü illərdə Vatikana baş tutmuş səfərləri müddətində Vatikan Arxivlərində Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar edib və onların surətlərini Bakıya gətirib. Alim Vatikan Apostol Kitabxanasında və Vatikan Məxfi Arxivlərində uzunmüddətli araşdırmalar aparmış ilk azərbaycanlıdır.

DİGƏR XƏBƏRLƏR

Top