Myanmanın Londondakı səfiri binaya buraxılmadı


Myanmarın Londandakı səfiri Kiav Zvar Minn hərbi ataşe tərəfindən səfirlik binasına buraxılmayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə səfir jurnalistlərə məlumat verib. Səfir hərbi ataşenin ölkəni təmsil etmədiyini bildirirək, baş verən hadisəni çevriliş kimi qiymətləndirib.
Qeyd edək ki, 8 noyabr 2020-ci il tarixində Myanmarda keçirilən seçkilərdə saxtakarlıq və ölkədəki siyasi gərginlik əsas gətirilirək, 1 fevral 2021-ci ildən hakimiyyət ordu tərəfindən ələ keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top