İŞİD Suriyada hücum həyata keçirdi


İŞİD Suriyanın qərbində yerləşən Əl-Saan qəsəbəsində polis mərkəzinə basqın edib.
Yeniavaz.com
İngiltərə mətbuatına istinadən xəbər verir ki, basqın zamanı terroristlər tərəfindən 8 əsgər və polislə yanaşı, Əsəd tərəfdarı olduğu iddia edilən 11 şəxs girov götürülüb.
Xeyli insanın girov götürldüyü basqında bir müddət sonra qadın girovlar sərbəst buraxılıb. Hadisə vaxtı 1 mülki şəxsin öldürüldüyü, xeyli sayda insanın yaralandığı vurğulanıb.
Qeyd edək ki, İŞİD-in bu addımı 3 il sonra həyata keçirilən ən böyük hücum kimi qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top