Pandemiya dövründə 5 yanlış vərdiş xərçəngə səbəb olur - SİYAHI


Xərçəng, inkişaf etmiş və etməkdə olan ölkələrdə ürək-damar xəstəliklərindən sonra ölüm faizi yüksək olan ikinci xəstəlik hesab edilir. Qlobal Xərçəng Rəsədxanasının açıqladığı statistikaya görə, pandemiya dövründə, yəni 2020-ci ildə 19,3 milyon insana xərçəng diaqnozu qoyulub, 10 milyon xəstə isə xərçəngdən dünyasını dəyişib. 2040-cı ildə bu rəqəmlərin 50 faiz artacağı proqnozlaşdırlır. Aparılan araşdırmalara görə, pandemiya dövründə 5 yanlış vərdiş xərçəngə səbəb olur.
Yeniavaz.com sözgüdən 5 vərdişi təqdim edir:

1. Tütün istifadəsi
Xərçəngə səbəb olan ən vacib amillər oturaq həyat, düzgün qidalanmama, tütün və spirtli içkilərin istifadəsidir. Araşdırmalara görə, pandemiya zamanı insanlar arasında tütün istifadəsi xeyli artıb. Bu amil də başda ağciyər olmaqla, 14 xərçəng növünün yaranmasına səbəb olur. Siqaret çəkənlər çəkməyənlərə görə, (kişilər 23 dəfə, qadınlar isə 17 dəfə) daha çox ağciyər xərçənginə tutulur. 

2. Hərəkətsiz həyat tərzi
Pandemiya dövründə, qapanmalar səbəbilə demək olar ki, oturaq həyat tərzi ilə tez-tez qarşılaşdıq. Get-gedə isə bu hal çoxlarımızda vərdiş halına çevrildi. Bu da kolon xərçənginin yaranmasına səbəb olan əsas olan amillərdən biri hesab edilir. Bununla yanaşı doymuş yağ turşuları və qırmızı ətin sıx istifadəsi də 45 faiz xərçəngə səbəb olur. Bu tip pəhriz və həyat tərzinin gətirdiyi piylənmə uşaqlıqyolu, südvəzi və mədə xərçəngi riskini 30 faiz artır.

3. Spirtli içki istehlakı
Koronavirus infeksiyasının yeni yayıldığı vaxtlarda, spirtli içkilərin virusu məhv eməsi və ya qoruması kimi müxtəlif şaiyələr yayılmağa başladı. Hətta buna inananların sayı da kifayət qədər idi. Tez-tez spirtli içki istehlakı yemək borusu, südvəzi və ağciyər xərçənginə səbəb olur. Aparılan araşdırmalara görə, gün ərzində 14 q ( 360 ml pivə, 150 ml şərab, 45 ml viski və s.) spirtli içki istehlakı südvəzi, kolon xərçəngi və yemək borusu xərçənginin yaranma riskini artırır.  

4. Manqalda tez-tez ət qızartmaq
Manqalda bişirilən ətlərin xərçəngə səbəb olduğu artıq bir çox alimlər tərəfindən sübut edilib. Belə ki, manqalda qızardılan ətin suyu və ya yağı kömürün üzərinə düşərək, yenidən buxarlanır. Bu da ətdə koserojen maddə yaradır. Yaranan birləşmələr xüsusilə mədə-bağırsaq xərçəngi riskini artırır.

5. Solyari vannaları
İnsan sağlamlığı üçün ən vacib vitaminlərdən biri də D vitaminidir. Lakin, ötən il karantin tədbirləri səbəbilə insanlar dənizə  çox az müddət gedə bildilər. Buna görə də, orqanizmdə D vitamini çatışmazlığı olan insanların sayı artdı. Eyni zamanda dəri rənginin dəyişməsini istəyən xanımlar solyari vannalarına üz tutdular. Süni şəkildə qaralmaya səbəb olan bu cihazlar, dəri xərçənginin yaranma riskini artırır. Xərçəngin inkişafının qarşısını almaq üçün solaryumdan uzaq durmaq, günəşin zərərli şüaları şiddətli olduqda çölə çıxmamaq və günəşin təsirinə məruz qaldıqda SPF 30 qoruyucu kremlərindən istifadə etmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top