Burun dolğuları hansı fəsadlar yarada bilər? – HƏKİM AÇIQLADI


Son zamanlar, xüsusən də xanımlar arasında estetik əməliyyat etdirənlərin sayı olduqca artıb. Estetik əməliyyatlar arasında ən çox seçiləni isə rinoplastika (burun əməliyyatı) olur. Bu proseduru kimi, məcburiyyətdən, kimi isə komplekslərindən azad olmaq üçün etdirir. Lakin əməliyyat olunmadan öncə pasientlər ilk öncə öz gözləntilərini sorğulamalı, təcrübəli həkimə müraciət etməli, daha sonra həkimlə birlikdə ən uyğun burun quruluşu və əməliyyat üsuluna qərar verməlidirlər. Bəs əməliyyatdan sonra pasientlər nələrə diqqət etməlidirlər? Burun deformasiyasında istifadə olunan dolğular əməliyyat zamanı  həkim üçün çətinlik yaradırmı? 
Mövzu ilə bağlı uzman həkim, qulaq-burun-boğaz və baş-boyun carrahı Elnur Əkbərov Yeniavaz.com-a danışıb. Həkimin sözlərinə görə, rinoplastika əməliyyatından sonra mütləq əməl edilməli şərtlər var: “Rinoplastika günümüzdə ən çox icra olunan əməliyyatlardan biridir. Əməliyyatın məqsədi xarici burunu təşkil edən sümük və qığırdaq skeleti dəyişməklə buruna müəyyən görüntü verməkdir. Əməliyyatın müxtəlif icra üsulları var və üsulların seçilməsi cərrahın bacarığı, burunun vəziyyəti (daha əvvəl travmalar, əməliyyat və s) və pasiyentin istəyinə görə dəyişməkdədir. Bütün üsullar iki böyük növə bölünə bilər: açıq və qapalı. Aralarındakı təməl fərq burun dəlikləri arasında kəsiyin mövcudiyyətinə görədir. Eyni prosedur zamanı burun arakəsməsinin düzəldilməsidə icra olunursa, əməliyyat rinoseptoplastika adlanır. 

Əməliyyatın hansı üsulla icra olunmasından və həcmindən asılı olmayaraq mütləq əməl edilməli şərtlər var. Bunlardan ən önəmlisi burun təmizliyidir. Burun boşluğu erkən dövrdən izotonik, lazım gəldikdə isə hipertonik məhlullarla yuyulmalıdır. Burundaxili əməliyyatlardan sonra burun boşluğunu örtən səyrici epitelin funksiyası pozulur və seliyin nəqli dayanır. Prosedurun məqsədi, burun keçəcəyində yığılan və əməliyyatdan sonrakı dövrdə ifrazı çoxalmış seliyin təmizlənməsidir. Selik təmizlənmədiyi halda burun boşluğunda qartmaq şəklində yığılır və infeksiyalaşaraq fəsadlara yol aça bilir. Rinoplastika keçirmiş pasiyentlərin diqqət edəcəyi digər məqam travmadan qorunmaqdır. Əməliyyat sırasında burun sümükləri və qığırdaqlar kəsilərək müəyyən şəkildə təsbit edilir ki, ilkin 3-6 ay müddətində ən yüngül xəsarətlər belə buruna xələl gətirə bilər”. 
Mütəxəssisin sözlərinə görə, burun deformasiyalarında istifadə olunan dolğular cərrahi prosedur zamanı çətinliklər yaradır: “Son dövrdə burun deformasiyalarının müxtəlif növ dolğular (filerlər) vasitəsilə şəkilləndirilməsi həyata keçirilir. Bu prosedurlar məhdud çərçivədə aparıla bilər. Lakin, bəzi durumlarda inyeksiya olunan maddələr dərialtında transformasiyaya uğrayaraq qüsurlara səbəb ola bilər. Eyni zamanda belə bir müdaxilələr burun proporsiyalarını pozur. Dolğuların xaric edilməsi sağlam toxumanın itirilməsi ilə müşahidə oluna bilər ki, buda cərrahi prosedur zamanı çətinliklər yaradır. Kiçik çökəkliklər dolğu ilə doldurula biləcəyi təqdirdə, burunun oxdan əyriliyi və s. kimi deformasiyalar zamanı tövsiyə olunmayan müdaxilədir. İstənilən halda bu kimi prosedurlar uyğun peşəkarlar (bu sahəyə yiyələnmiş həkim-mütəxəssislər) tərəfindən icra olunmalıdır”.

Rinoplastika əməliyyatı haqqında ətraflı məlumat almaq üçün uzman həkim, qulaq-burun-boğaz və baş-boyun carrahı Elnur Əkbərovun əlaqə nömrəsi: 
(+994) 55 292 90 00
(+994) 55 202 90 00
[email protected] 
2002-2004 illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin müxtəlif istiqamətlərdə yerləşən hərbi-tibb müəssisələri 
2005-2009 illərdə Qarnizon hospitalının Cərrahiyyə bölməsinin baş ordinatoru, LOR həkim
2014-2021 illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsi rəisi, Silahlı Qüvvələrin baş otorinolariqoloqu
2021-ci il  “Prime Hospital”

DİGƏR XƏBƏRLƏR

Top