Bu əlamətlər varsa, damarlarınız tıxanıb - Ciddi siqnal


- Uzun məsafə getdikdə və ya pilləkanla qalxdıqda ürək nahiyəsində sancı, ağrı, təngnəfəslik hiss edirsiz?
- Başgicəllənmə sizi narahat edir?
- Əl və ayaqlarda keyləşmə olur?
Bunlar ateroskleroz adlı damar tutulması, tıxanmasının ilkin əlamətləri ola bilər:

Ateroskleroz – xolesterinin damar divarında yığılması ilə gedən xəstəlikdir. Ateroskleroz başlanğıcda simptomsuz keçir.
Simptomlar xəstəliklərin son mərhələsində özünü büruzə verdiyindən, artıq bu zaman ürək, ətraflar, baş beyin qan dövranında ciddi çatışmazlıqlar olur. Ateroskleroz ağır fəsadlara, əlilliyə və ölümə səbəb ola bilər.

Ən çox təsadüf olunur:
- kişilərdə - 40 yaşdan yuxarı
- qadınlarda - klimaksdan sonrakı dövrdə

ATEROSKLEROZUN FORMALARI:
- Ürək damarlarının aterosklerozu (koronar arteriyalar): Ürəyin işemik xəstəliyi
- Baş beyni qanla təmin edən damarların aterosklerozu: insult, Parkinsonizm, Alsheymer xəstəliyi, senil demensiya və s.
- Yuxarı və aşağı ətrafların aterosklerozu. Obliterasiyaedici endarteriit, trofik yaralar və s.
- Böyrək damarlarının aterosklerozu: böyrək funksiyasının pozulması və ağır arterial hipertenziya.
- Aortal forma. Aorta - orqanizmin ən böyük arteriyası olduğu üçün, onun aterosklerozla zədələnməsi bütün orqan və sistemlərdə dəyişkikliyə səbəb ola bilir.

RİSK FAKTORLARI:
- Cins: ateroskleroza kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir
- Yaş; bu, təbii risk faktorudur. Yaş artdıqca ateroskleroz əlamətləri dərinləşir
- İrsiyyət
- Zərərli vərdişlər (siqaret, alkoqol)
- Yanlış qidalanma
- Piylənmə
- Şəkərli diabet

Müalicə
Tibdə aterosklerozun konservativ müalicəsi lazımi effekt vermədiyindən cərrahi əməliyyata, yəni stentin qoyulmasına önəm verilir. Amma bu çıxış yolu deyil, çünki ateroskleroz orqanizmin ümumi xəstəliyidir. Stent qoymaqla yalnız nəticə aradan qaldırılır, səbəb olduğu kimi qalır.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top