Uşaqlarda yaşa görə boy və çəki necə olmalıdır? - CƏDVƏL


Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Buna görə də boy və çəkinin ölçülməsi uşağın fiziki inkişafını izləmənin ən geniş yayılmış yollarından biridir. Boy və çəkisi indeksi uşağın sağlam şəkildə böyüməsini anlamaq üçün göstəricidir. Uşaqlarda boyun artmama problemlərinin ən vacib səbəblərindən biri də böyümə hormonlarının lazımi səviyyədə inkişaf etməməsidir. Sürətlə inkişaf edən tibbdə bu problemi artıq əvvəlcədən təyin edib müalicə etmək mümkündür. Boy hormonları ilə yanaşı, uşaqda hər hansı xroniki xəstəliklərin olması,düzgün qidalanmama, irsiyyət də boyun böyüməsini ləngidir. Bu indeks yaşa görə qız və oğlanlarda fərqli olur.
Yeniavaz.com uşaqlarda yaşa görə boy və çəkinin nə qədər olması ilə bağlı cədvəli təqdim edir:

Yaş

Boy (sm) (Qızlar)

Çəki (kq) (Qızlar)

Boy (sm) (Oğlanlar)

Çəki (kq) 
(Oğlanlar)

   1 75.1 9.3 74.1 10.6
   2 86.8 11.9 86.8 12.6
   3 95.4 14.1 95.4 14.8
   4 102.5 16.1 102.5 16.8
   5 109.1 18.4 109.1 18.6
   6 115.1 20.6 116.1 20.7
   7 121.1 22.9 120.5 23.2
   8 126.7 25.7 126.9 25.9
   9 132.1 28.9 132.1 28.8
  10 137.9 32.6 137.6 32.2
  11 145.4 38.2 143.8 37.8
  12 153.1 45.1 150.6 44.3
  13 157.8 50 157.7 49.8
  14 160.4 53.3 164.9 56.2
  15 161.7 55.3 170.3 62.1
  16 162.4 56.3 173.4 66.2
  17 162.7 57.2 175.0 69.2
  18 163.1 58.1 176.2 71.8

Qidalanma və boyun artması arasında hər zaman qarşılıqlı əlaqə var. Gün ərzində 3 dəfə yemək yemək, xüsusilə zülal tərkibli pəhriz saxlamaq və karbohidratlı qidalardan imtina etmək insan orqanizmi üçün faydalıdır. Əgər bu pəhriz uşaqlıqdan tətbiq olunarsa, həm uşağın sağlam böyüməsi, həm də boyun uzanmasına müsbət təsir edir. Boy uzanmasında südün də faydası az deyil. Mütəxəssislər səhər və axşam 1 stəkan süd içməyi tövsiyə edirlər. Qısa boy həm oğlanlarda, həm də qızlarda rast gəlinir. Xüsusilə qızlarda yetkinlik yaşına çatmadan müalicə edildikdə uğurlu nəticələr əldə edilir.
 

DİGƏR XƏBƏRLƏR

Top