Astma, qəbzlik, xərçəngə ucuz çarə - küncüt yağı - Kimlərə olmaz?


Küncüt toxumları müxtəlif şirniyyatların üzərinə vurulsa da, əsasən simitin üzərində görürük. Lakin əksəriyyətimiz bu toxumun və ondan hazırlanan yağın faydalarından xəbərsizik. Küncüt toxumundan hazırlanan küncüt yağı fosfor, mis, sink, kalsium, dəmir, manqan, selenyum, E və B6 kimi vitamin və minerallarla zəngindir. Dəri və bir çox xəstəliklərə faydalıdır.
Yeniavaz.com
küncüt yağının faydalarını təqdim edir:
- Küncüt yağı qan təzyiqini tarazlaşdırmağa kömək edir;
- Tərkibindəki doymamış yağ turşuları sayəsində zərərli xolesterolu azaldır;
- İmmun sistemini gücləndirir;
- Dəridə yaranan yaraları, kəsikləri və yanıqları qısa müddətdə sağaldır;
- Qara ləkələr, iltihablı sızanaqlarla mübarizə aparır;
- Saçların rəngini qoruyur və kəpəyin yaranmasının qarşısını alır;
- Ağızdakı zərərli bakteriyaları azaldır;
- Ağız və diş ətinin sağlam qalmasına kömək edir.
- Bir çox ürək və damar xəstəlikləri, xüsusilə infarkt riskini azaldır;
- Tənəffüs yolu xəstəliklərinə qarşı faydalıdır. Sinəni yumşaldaraq nəfəs almağı asanlaşdırır,  astma və nəfəs darlığı kimi problemlərə yaxşı təsir edir; 
- Antioksidant təsiri var, xərçəngə qarşı qoruyucudur;
- Həzm olunan liflə zəngin olduğundan həzm problemləri üçün faydalıdır, bu da qəbzlik probleminin sürətli bir şəkildə bərpa edilməsini təmin edir;
- “Omega-6” və “Omega-9” yağları ehtiva edir, bu da yaddaşın güclənməsini və beynin sağlam fəaliyyətini dəstəkləyir;
- Baş ağrısı və miqrenə yaxşı təsir edir.

Küncüt yağının faydaları haqqında danışdıq. Bəs zərərləri necə?
Küncüt proteinlə zəngin olduğu üçün allergik qidalardan biri hesab edilir. Avropa Birliyi ölkələrində və Kanadada tərkibində küncüt olan məhsulların üzərində allergiya ilə bağlı xəbərdarlıq yazısı mütləq yazılır. Dəri, saç və bədən üçün bu qədər faydalı olan küncüt yağı, xüsusən də ağız yolu ilə qəbul edildikdə bəzi yan təsirləri ola bilər. Əlbətdə hər şeydən əvvəl xroniki və ağır bir xəstəliyi olanlar, küncüt və ya buna bənzər məhsullara allergiyası olanlar bunları istehlak etməməlidirlər. İstehlak etməzdən əvvəl mütəxəssis həkimlərinə müraciət etməkdə fayda var. Eynilə hamiləlik və laktasiya dövründə olan xanımlar küncüt yağını istehlak etməzdən öncə mütləq həkimlə məsləhətləşməlidirlər. Bundan başqa 1 yaşdan aşağı uşaqlara verilməsi məsləhət görülmür və normadan artıq istehlak edildiyində hormonal pozuntulara da səbəb ola bilər. 

DİGƏR XƏBƏRLƏR

Top