Daha bir ölkədə koronavirusun “ingilis ştamı” tapıldı


İndoneziyada koronavirusun yeni ştamı tapılıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, indoneziyalı həkimlər ölkədə iki nəfərin  koronavirusun yeni ştamına yoluxduğunu aşkar ediblər. İndoneziya Səhiyyə Nazirliyi COVİD-19-un yeni ştamının yayılmasının ölkədə koronavirusla mübarizəni çətinləşdirəcəyini bildirib. 
Qeyd edək ki, İndoneziyada bu günə qədər 1 milyon 347 min 26 nəfər koronavirusa yoluxub, 36 min 518 nəfər həmin xəstəlikdən vəfat edib. 1 milyon 160 min 863 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top