Şuşada çəkilən fotonun müəllifi o imiş...


Son günlər sosial şəbəkələrdə geniş yayılan və Şuşanın azad edildiyi gün çəkildiyi bildirilən fotonun müəllifi fotoqraf Zaur Mirzəyev imiş.

Yeniavaz.com xəbər verir ki, bu barədə rejissor Cavidan Şərifov özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, fotonun ideya müəllifi isə özüdür:
“Bu şəkil kapitulyasiya aktından sonra çəkilib, 11 noyabr 2020-ci ildə. İmzalanan sənədə baxmayaraq ordu birləşmələri hər hansı təxribatın qarşısını almağa hazır vəziyyətdə idilər. Düşmən tərəfindən hər şey gözləmək olardı.
Bu şəkil Şuşa şəhərinin altında Xankəndinə gedən yolda çəkilib. Bu igidlər isə Şuşanı düşmənlərdən təmizləyən igidlərdir. Hazırda bir film üzərində iş gedir və ən qısa zamanda bu filmdə çox maraqlı və igidlik nümunəsi olan səhnələrin şahidi olacaqsınız”.

DİGƏR XƏBƏRLƏR

Top