FHN bu şirkətdən it yemi alır


Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Metro İnvest” MMC olub.
Yeniavaz.com xəbər verir ki, "Metro İnvest” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinə 126 min manatlıq it yemləri satacaq.
Tender müsabiqəsinin şərtlərinə görə, "Metro İnvest” MMC FHT-yə bir ədədinin çəkisi 18 kq olan 1350 paçka “Large breed” yemi, bir ədədinin çəkisi 15 kq olan 50 paçka “Kids” yemi satacaq.
Qeyd edək ki, "Metro İnvest” MMC – 11.03.2013-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Yasamal rayonu, Zahid Xəlilov, ev 40A, m 29 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Cəfər Nağı oğludur.

DİGƏR XƏBƏRLƏR

Top