Martda 14 gün iş olmayacaq


Mart ayında 14 gün qeyri-iş günü olacaq.

Yeniavaz.com xəbər verir ki, ayın ilk bayramı 8 Mart - Beynəlxalq Qadınlar Gününə düşür.

Həmçinin Nazirlər Kabinetinin qərarına əsasən 2021-ci il martın 20, 21, 22, 23, 24 Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən martın 20 və 21-i istirahət günlərinə düşdüyündən 25 və 26- sı da bayram günü hesab olunur. Martın 27-si və 28- i isə həftəsonuna təsadüf edir.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq.

DİGƏR XƏBƏRLƏR

Top