Livanda etiraz aksiyası - 220 nəfər yaralandı


Livanın Tripoli şəhərində koronavirus tədbirlərinə qarşı başlayan aksiya hökumət əleyhinə hərəkata çevrilib.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, etiraz aksiyalarında xalqla polis arasında qarşıdurma yaranıb. Qarşıdurma nəticəsində 220 nəfər yaralanıb. Onlardan 66-nın vəziyyəti ağırdır.
Nümayişlərin ən güclü davam etdiyi yer Tripoli şəhəri olub. Aksiya iştirakçıları zibil qablarını yandırıblar, eyni zamanda yanan təkərlərlə bəzi yolları tamamilə bağlayıblar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top