Ermənilər Kəlbəcər yolunu bağladılar: Əraziyə Rusiya hərbçiləri gəldi - VİDEO


Bir qrup erməni Kəlbəcər rayonunun Heyvalı kəndindən keşən avtomobil yolunu bağlayaraq Ermənistanın Vardenis rayonuna gedən yolun açılamasını tələb ediblər.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, hazırda separatçıarın nəzarətində olan Heyvalı kəndini ermənilər  Drambon adlandırırlar. Hazırda Kəlbəcər aronunun tərkibində olan bu kənd 1992-ci ilə kimi ləğv olunan Ağdərə rayonuna tabe olub.
Yolu kəsən ermənilər bildiriblər ki, onlar Kəlbəcər rayonu ərazisindən keçərərək Ermənistana gedən avtomobil yolunadan istifadə edə bilmirlər. Tələb edirlər ki, Azərbaycan əsgərləri onlara bu yoldan istifadə etməyə icazə versin. Əks təqdirdə Azərbaycana məxsus avtomobillərin Şuşaya getməsinə icazə verməyəcəklərini deyiblər.
Hadisə yerinə Rusiya sülhməramlıları gəlib və etiraz edən ermənilər rus hərbçiləri bildiriblər ki, onlar Ermənistanın Vardenis rayonuna getmək üçün 60 kilometrlik Kəlbəcər yolundan istifadə edə bilmirlər. Vardenisə getmək üçün Laçın dəhlizindən istifadə edirlər və bu zaman 500 km yol getməli olurlar.
Rusiya sülhməramlılarının nümayəndəsi bildirib ki, Azərbaycana məxsus avtomobillər hərbi təyinatlı deyil və bu tərəflər arasındakı razılşamya əsasən həyata keçirilir. Rus hərbçisi deyib ki, Azərbaycan tərəfi ilə “Artsax” rəhbərliyinin razılşaması olduğu üçün onların edə biləcəyi heç nə yoxdur: “Biz burada atəşkəsin qorunmasına və təxribatların baş verməməsinə cavabdehik”.

DİGƏR XƏBƏRLƏR

Top