Ermənistan parlamentinin sədri agent olub – Keçmiş səfir SƏNƏD paylaşdı


Ermənistan parlametinin sədri Ararat Mirzoyan bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin agenti olub.
Yeniavaz.com xəbər verir ki, belə bir iddianı Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan səsləndirib.
Sabiq səfir sosial şəbəkə hesabından Ararat Mirzoyanın 2007-ci ildə əl yazısı ilə yazdığı və Milli Təhlükəsizlik Xidməti qarşısında götürdüyü öhdəliyin surətini yayıb.
Paylaşılan yazıda aşağıdakılar qeyd olunub:
“Mən, Ararat Samveloviç Mirzoyan, Ermənistan Respublikasının və vətəndaşlarının xarici xüsusi xidmətlərdən qorunmasında Milli Təhlükəsizlik Xidmətinin rolunu dərk edərək, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinə kömək etmək bacarığım çərçivəsində öz razılığımı verirəm. Bu çərçivədə, mənə məlum olan, dövlət və ya milli sirləri ehtiva edə biləcək bütün məlumatları gizli saxlamağı özümə borc bilirəm. İmza 7 Noyabr 2007”
Qeyd edək ki, Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, hazırda müxalifətdə olan “Vətən” partiyasının sədri Artur Vanetsyanla yaxın münasibətləri var. Ehtimal olunur, yayılan sənəd Mikael Minasyana Artur Vanetsyan tərəfindən ötürülüb.
Onu da bildirək ki, Ermənistan parlametinin sədri Ararat Mirzoyan Nikol Paşinyandan sonra hakimiyyətin ikinci şəxsi hesab olunur. Daha əvvəl baş nazir Nikol Paşinyanın birinci müavini olub. İqtidar partiyasının əsas qurucularından biridir.

DİGƏR XƏBƏRLƏR

Top