“Facebook” 6 milyon dollar cərimə ödəyə bilər


“Facebook” Cənubi Koreyadan olan istifadəçisinin məlumatlarını digər şirkətlərlə paylaşdığı üçün 6 milyon dollar cərimə ödəməli olacaq.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, fərdi məlumatların qorunması komissiyasının (PIPC) cinayət qərarında, 2012-2018-ci illər arasında Cənubi Koreyalı istifadəçilərin məlumatlarını digər şirkətlərə təqdim etməklə, “Facebook”un ölkədəki fərdi məlumat qanunlarını pozduğu bildirilib.
Şirkətlərlə paylaşılan məlumatlara istifadəçilərin adları, ünvanları, doğum tarixləri və s. daxildir.
Komissiya, həmçinin 2012-2018-ci illərdə Cənubi Koreyadakı əməliyyatlardan məsul olan “Facebook İreland” dosyesinin cinayət araşdırması üçün prokurorluğa təqdim ediləcəyini də diqqətə çatdırıb.
İstifadəçi gizliliyindən məsul olan “Facebook Ireland” menecerini 5 il həbs cəzası və günahkar olduğu təqdirdə pul cəzası alacağı gözlənilir.
PIPC, “Facebook”un komissiyanın apardığı araşdırmada, natamam və qeyri-dəqiq sənədlər təqdim edərək əməkdaşlıq etmədiyini də qeyd edib.
“Facebook” komissiyanın cəzalandırılmasından peşman olduqlarını və istintaqda əməkdaşlıq etdiklərini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top