Seçkilərə kimi Rəisini o əvəzləyəcək


İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilər keçirilənə qədər İslam Respublikasının prezidenti vəzifəsini icra edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb .
Qeyd olunub ki, İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, prezident vəfat etdiyi halda onun səlahiyyətlərini ölkə rəhbərliyinin təsdiqi ilə birinci vitse-prezident icra edir:
“Yeni prezident 50 gündən gec olmayaraq seçilməlidir”.
Xatırladaq ki, ötən gün – mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkənin dövlət sərhədində görüşdən sonra İran Prezidenti İbrahim Rəisi və heyətini – xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Mələk Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşimi Təbrizə aparan helikopter qəzaya uğrayıb. İran mediası və rəsmiləri qəzadan sağ çıxanın olmadığını bildirirlər.

DİGƏR XƏBƏRLƏR

Top