İsrailin Qəzzadakı itkiləri artdı


İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında verdiyi itkilərin sayı artıb.
Yeniavaz.com
xəbər verir ki, IDF yaydığı sonuncu məlumatda, anklavın cənubunda HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha iki hərbçisinin öldüyünü açıqlayıb.
Bununla da, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra həlak olan İsrail hərbçilərinin ümumi sayı 630-a çatıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb. 2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs elan edilib və İsrailin məlumatına görə, bu müddət ərzində 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və hazırda da davam edir. Fələstin anklavının Səhiyyə Nazirliyinin yaydığı sonuncu məlumata əsasən, Qəzzada indiyədək 35 min 386 nəfər ölüb, 79 min 366 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top