“Rusiya məhkəməsi üç Avropa bankının aktivlərini dondurdu” – FT


“Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi üç Avropa bankının Rusiya aktivlərinə - təxminən 800 milyon avroya həbs qoyub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Bildirilir ki, Almaniyanın “Deutsche Bank” (238 milyon avrodan çox) və “Commerzbank” (təxminən 94 milyon avro), eləcə də İtaliyanın “UniCredit” (462 milyon avrodan çox) aktivlərinə həbs qoyulub.
Nəşr xatırladır ki, kredit təşkilatlarına qarşı iddialar hələ 2023-cü ilin avqustunda “Rusximalyans” şirkəti tərəfindən qaldırılıb. Bu “Qazprom” və “RusGazDobycha”nın törəmə şirkətidir.

DİGƏR XƏBƏRLƏR

Top