“TikTok” bir saata qədər videoları yükləməyə imkan verəcək


“TikTok” bir saata qədər video yükləmək imkanını sınaqdan keçirməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TechCrunch” portalı sosial şəbəkənin sahibi - Çinin “ByteDance” şirkətinə istinadla məlumat yayıb.
İstifadəçilərin yalnız bir hissəsinin ilkin olaraq uzun videoları endirə biləcəyi vurğulanır.
İlk vaxtlar “TikTok”da maksimum video uzunluğu 15 saniyə idi. Ancaq sonradan bu müddət artmağa başladı. Sosial şəbəkədə vaxt məhdudiyyətinin daim artırılmasına səbəb kimi “YouTube”la rəqabət və adətən videoları yalnız bu platformaya yükləyən məzmun yaradıcılarını platformaya cəlb etmək istəyi göstərilir.
“ByteDance” qeyd edib ki, yeni format kulinariya şoularının yaradıcılarına, komediyaçılara, müəllimlərə və digər istifadəçilərə videoların məcburi hissələrə bölünməsindən qaçmağa kömək edəcək.
Artıq platformada televiziya şoularının tam versiyalarının görünə biləcəyi də gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top