![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/5/18/1/f181c682-2ac5-48b6-87d2-2e6658bb963f/yeni-kaledoniya-yeni.jpg)
Yeni Kaledoniyada şənbə günü iğtişaşlar zamanı bir nəfər ölüb.
Yeniavaz.com BFMTV telekanalına istinadla xəbər verir ki, bununla da iğtişaşlar başlayandan bəri ölənlərin sayı 6-ya çatıb.
Telekanalın məlumatına görə, söhbət arxipelaqın şimal hissəsində yerləşən şəhərlərdən birində atışma zamanı həlak olan şəxsdən gedir.
Atışma zamanı 2 nəfərin yaralandığı da qeyd edilir. Zərərçəkənlər yerli xəstəxanaya aparılıb.