“Liverpul”un baş məşqçisi məlum oldu


Niderlandlı Arne Slot İngiltərənin “Liverpul” futbol klubunun baş məşqçisi olacaq.
Yeniavaz.com
ESPN telekanalına istinadla xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
“Gələn il “Liverpul”un baş məşqçisi olacağımı təsdiq edə bilərəm”, - təcrübəli məşqşi deyib.
Qeyd edək ki, Slotun 45 yaşı var və o, 2021-ci ilin iyulundan Niderlandın “Feyenoord” klubuna rəhbərlik edir. Klub onunla ölkə çempionluğunu (2023), həmşinin, ölkə kubokunu (2024) qazanıb. 2022-ci ildə isə Rotterdam komandası Konfrans Liqasının finalına yüksəlib.
Mütəxəssis əvvəllər Niderlandın “AZ” klubunu da rəhbərlik edib.
Xatırladaq ki, bu ilin yanvarında “Liverpul”un hazırkı baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda postunu tərk edəcəyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top