Zelenski Makronun “Olimpiya atəşkəsi” təklifini rədd etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronun Paris Olimpiadası zamanı “Olimpiya atəşkəsi” təklifini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Agence France-Presse”ə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Kiyev Olimpiya atəşkəsi təklifinə inanmır və hesab edir ki, bu, ancaq düşmənin xeyrinə ola bilər.
“Rusiyanın bundan istifadə edib ərazimizə qoşun yeritməyəcəyinə kim zəmanət very bilər?” - Ukrayna Prezidenti bildiririb.
O, həmçinin bildirib ki, ölkəsi üçün belə bir kritik bir vaxtda analoji təşəbbüslərə ehtiyac yoxdur.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Parisdən “Olimpiya atəşkəsi” ilə bağlı rəsmi təklif olmadığını bildirib və Kiyevin adətən bu cür ideya və təşəbbüslərdən yenidən qruplaşma və yenidən silahlanma üçün istifadə etdiyini qeyd edib.
Xatırladaq ki, Fransa Prezidentinin Parisdəki Olimpiada zamanı silahlı münaqişələrin dayandırılması təklifi - “Olimpiya atəşkəsi” Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin tərəfindən Rusiya dövlət başçısının ÇXR-ə səfəri zamanı da müzakirə edilib.

DİGƏR XƏBƏRLƏR

Top