“Kiyev Moskva ilə heç bir gizli danışıqlar aparmır” – Kuleba


“Ukrayna Rusiya ilə heç bir gizli danışıqlar aparmır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Ukrayna və Rusiya heç bir məsələ ilə bağlı gizli razılığa gəlmirlər. Bizim aramızda heç bir gizli danışıqlar yoxdur”, - nazir bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha öncə ukraynalı jurnalistlərlə görüşündə Qərbin onu Rusiya ilə danışıqlara sövq etmədiyini iddia etsə də, müvafiq atmosferin olduğunu etiraf edib.

DİGƏR XƏBƏRLƏR

Top