DİN Ramin Əliyevin saxlanılma səbəbini açıqladı – Yenilənib


İctimai fəal Ramin Əliyevin dələduzluqda ittiham olunduğu bildirilir.
DİN-in Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirilib ki, qohumuna qarşı dələduzluq edən “Son Ümid Xalq” Hərəkatının sədri Əliyev Ramin Eldar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
“Xalası oğlu Səbuhi Mehrəliyevin R.Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı müraciəti əsasında Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə çağırışdan yayınan R.Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, - DİN-in məlumatında deyilir.

***15:57
İctimai fəal Ramin Əliyevin saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Bildirilir ki, R. Əliyev Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə çağırılıb və burada saxlanılaraq Tovuz Rayon Polis İdarəsinə aparılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top