Fitso daha bir əməliyyat keçirdi – Yenilənib


Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra növbəti cərrahi müdaxiləyə məruz qalıb
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak bildirib.
“Fitso bu gün əməliyyat olundu”, - nazir deyib.
Kalinyakın sözlərinə görə, baş nazirin vəziyyəti ağır, lakin stabil olaraq qalır.

***14:38
Slovakiyanın baş naziri Robert Fitso reanimasiyadadır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Slovakiya televiziyası hökumət rəsmilərinə istinadən məlumat yayıb .
Qeyd edək ki, mayın 15-də məruz qaldığı sui-qəsd nəticəsində ağır yaralanan Fitso Slovakiyanın mərkəzindəki Banska Bystrica şəhərindəki Ruzvelt xəstəxanasındadır.
Onun vəziyyəti stabil-ağır olaraq qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top