ABŞ konqresmenləri “Rosatom”a qarşı yeni sanksiya layihəsini təsdiq etdilər


ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Rusiyanın “Rosatom” korporasiyasına qarşı yeni sanksiyalar və digər tədbirlər haqqında qanun layihələrini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat komitənin internet saytında dərc edilib.
Qanun layihəsinə görə, Vaşinqton administrasiyası müttəfiqləri ilə birlikdə “Rosatom”u əvəz edə biləcək tədarükçüləri axtarmalı və korporasiyaya tətbiq edilmiş sanksiyalara əməl etməyə çalışmalıdır.
Sənəddə həmçinin ABŞ hökumətinə altı ay ərzində “Rosatom”a, onun rəhbərliyində olan əcnəbilərə və korporasiya ilə nüvə reaktorlarının tikintisi və əlaqəli xidmətlərə dair müqavilələrdə iştirak edən şəxslərə qarşı yeni məhdudiyyətlər tətbiq etmək tapşırılıb.
Sənəd komitə üzvləri tərəfindən bəyənilən müxtəlif qanun layihələri paketinə daxil edilib. 37 konqresmen bunun lehinə, 2 konqresmen əleyhinə səs verib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının bu təşəbbüsü tam olaraq nə vaxt nəzərdən keçirə biləcəyi müəyyənləşməyib.
Qeyd edək ki, bundan əvvəl mayın 13-də ABŞ Prezidenti Co Bayden Rusiyada və ya hər hansı Rusiya şirkətində istehsal olunan şüalanmayan, az zənginləşdirilmiş uranın idxalını qadağan edən qanunu imzalayıb. Vaşinqton bu tədbiri ABŞ-nin Rusiyadan təchizatdan müstəqilliyini təmin etmək zərurəti ilə izah edib.

DİGƏR XƏBƏRLƏR

Top