“İrəvan Moskvadan rus hərbçilərin Türkiyə və İranla sərhəddə qalmasını tələb etməyib”


“İrəvan Moskvadan Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədində qalmasını tələb etməyib, çünki bu məsələ razılaşma yolu ilə tənzimlənir”.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli İctimai Televiziyaya müsahibəsində deyib.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan tərəfinin tələbi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar.
“Rusiya tərəfi bizdən Türkiyə və İranla həmsərhəd əraziləri tərk etmələrini istəyib-istəmədiyimizi soruşdu. Biz isə onlardan üç istiqamətdən: “Zvartnots” hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd məntəqəsindən getmələrini və Sisian və Gorusda iki dayaq məntəqəsini bağlamalarını xahiş etdik”, - Qriqoryan bildirib.
Ermənistanın Rusiya sərhədçilərinin Türkiyə və İranla həmsərhəd ərazilərdə qalmalarını xahiş edib-etməməsi ilə bağlı suala cavab olaraq isə Qriqoryan bildirib ki, bizim belə bir xahişimiz olmayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 8-də Moskvada iki ölkə liderlərinin görüşündə Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılmasının razılaşdırıldığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top