HƏMAS Abbasın mövqeyi ilə razılaşmadı


Fələstinin HƏMAS hərəkatı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın Bəhreyndə keçirilən Ərəb Liqasının 33-cü sammiti zamanı ifadə etdiyi mövqeyi ilə razılaşmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında paylaşılan bəyanatında deyilir.
“7 oktyabr 2023-cü ildə İsrailin cənub bölgələrinə hücumu Fələstin xalqının İsrail işğalına qarşı mübarizəsində ən mühüm həlqə olub. HƏMAS tam milli birlik arzusunu dəfələrlə təsdiqləyib və Moskva və Pekində keçirilən son Fələstinlərarası görüşlər də daxil olmaqla birləşmə dialoqunun bütün mərhələlərində çeviklik nümayiş etdirib”, - bəyanatda deyilir.
Qeyd edək ki, Bəhreyndə Ərəb Liqasının sammitində çıxışı zamanı Abbas, keçən il oktyabrın 7-dək İsrailin Fələstin dövlətinin yaradılmasının qarşısını almaq üçün Qəzzanın İordan çayının qərb sahilindən ayrılmasını başa çatdırmaq üçün çalışdığını diqqətə çatdırıb. Onun fikrincə, digər fraksiyalarla birləşməkdən imtina edən HƏMAS tərəfdarlarının mövqeyi bu planın həyata keçirilməsinə yalnız töhfə verib. Abbasın sözlərinə görə, HƏMAS yaraqlıları keçən il oktyabrın əvvəlində İsrail ərazisinə hücum edəndə, onlar yəhudi dövlətinə Qəzza zolağının sakinlərinə qarşı təcavüz və bütün anklavın məhv edilməsi üçün ciddi bəhanə təqdim ediblər.

DİGƏR XƏBƏRLƏR

Top