Varşavada iri ticarət mərkəzi yanıb – Video


Polşanın paytaxtı Varşavanın şimalındakı ticarət mərkəzində böyük yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Polşa Yanğından Mühafizə Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Marivilskaya küçəsində sahəsi 62 min 500 kvadratmetr olan ticarət mərkəzində yanğın baş verib.
“Yanğının söndürülməsinə 50 yanğınsöndürmə briqadası, o cümlədən xüsusi kimyəvi-ekoloji qrup cəlb olunub. Hələlik yanğında ölən və yaralananlar müəyyən edilməyib. Yanğının səbəbi bəlli deyil”, - məlumatda deyilir.
Yanğını sürətlə yayılmasına səbəb kimi pərakəndə satış yerlərində xeyli miqdarda yanıcı-kimyəvi məhsullar olması göstərilir. Yayılan tüstü buludu səbəbindən yanğına yaxın ərazidə yaşayan sakinlərə pəncərələri açmamaq tövsiyə edilib.

DİGƏR XƏBƏRLƏR

Top