“Çayı ayrı qida kimi qəbul edin” – Diyetoloq


“Çayı əsas yeməkdən ayrı içmək lazımdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu news.ru-ya diyetoloq Natalya Lazurenko deyib.
Diyetoloq bildirib ki, ayrı bir yemək kimi çay iştahı idarə edir, bu da arıqlamağa kömək edir:
“Buna görə də çay başqa içkilərlə və yeməklərlə qarışmamalıdır. Həmçinin maddələr mübadiləsini sürətləndirmək üçün çaya otlar (məsələn, çobanyastığı və ya nanə) və itburnu əlavə edə bilərsiz. Adətən çay içməyin düzgün yoluna riayət edilmir. Bir qayda olaraq, tez konfet və ya tort ilə içilir. Əgər iştahı, pəhrizi idarə etmək və arıqlamaq istəyiriksə, çayı heç bir yağ və ya karbohidrat məhsulu ilə birləşdirmədən ayrı bir qida kimi qəbul etmək lazımdır”.
Lazurenko əlavə edib ki, çayın tərkibindəki katexinlər və polifenollar orqanizmi detoksikasiya etmək üçün faydalıdır. Bu maddələr həm də immun sisteminin piylənmə səbəbindən inkişaf edən sistemli iltihabla mübarizə aparmasına kömək edir.

DİGƏR XƏBƏRLƏR

Top