“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsi” Publik Hüquqi Şəxsi (VÖEN - 0200898391) ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Atatürk prospekti, ev 3 ünvanına bildirmələri istənilir.
Xatıraldaq ki, ötən ilin dekabr ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimovun imzaladığı Fərmana əsasən “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsi də ləğv olunub.
Elnur Əli