Qalstanyan Paşinyana istefaya getmək üçün bir saat vaxt verdi


Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyana istefaya getmək üçün bir saat vaxt verib.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, o, bunu Respublika meydanında keçirilən mitinqdə elan edib.
“Nikol Paşinyan, istefanı təqdim etmək üçün sənin bir saatın var. Mən 1 saat ərzində görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram”, – Qalstanyan bildirib.
Xatırladaq ki, hazırda Ermənistanın paytaxtı İrəvanda, Respublika meydanında “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları sərhədlərin delimitasiyasına, həmçinin iki ölkə arasında dörd kəndin Azərbaycana qaytarılmasını nəzərdə tutan razılaşmaya etiraz əlaməti olaraq mitinq keçirirlər.

DİGƏR XƏBƏRLƏR

Top