Delimitasiyaya qarşı çıxanlar İrəvana çatdılar – Mitinq keçirilir


Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən yürüşünün iştirakçıları İrəvana çatıblar.
Yeniavaz.com
Ermənistan KİV-ə istinadla xəbər verir ki, 16:00-dan etibarən Respublika meydanında minlərlə insanın iştirakı ilə mitinq keçirilir.
Onlarla siyasi və ictimai təşkilat, həmçinin bir sıra ziyalılar müxalifət hərəkatı ilə həmrəy olduqlarını bildiriblər.
“Bu hərəkat zorakılıq haqqında deyil, bizim xalqımız, ölkəmiz alçaldılmış vəziyyətdədir”, - deyə Baqrat Qalstanyan bildirib.
Qeyd edək ki, “Vətən üçün Tavuş” hərəkatı sərhədlərin delimitasiyasına, həmçinin iki ölkə arasında dörd kəndin Azərbaycana qaytarılmasını nəzərdə tutan razılaşmaya etiraz edir.

DİGƏR XƏBƏRLƏR

Top