Xocalıda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 8-də işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.