Ölkədə neft hasilatı 6% azalıb – SOCAR


Bu ilin ilk 3 ayı ərzində SOCAR-ın istismar etdiyi yataqlardan 1 milyon 884 min 502 ton neft hasil edilib.
Yeniavaz.com
SOCAR-ın açıqladığı məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 35 min 989 ton və yaxud 1,9% azalıb.
Belə ki, ötən ilin ilk rübünün yekunlarına əsasən, SOCAR 1 milyon 920 min 491 ton neft hasil edib.
Açıqlanan məlumatda həmçinin qeyd olunur ki, bu ilin birinci rübü ərzində ölkə üzrə ümumilkdə 7 milyon 257 min 208 ton xam neft hasil olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkə üzrə hasil olunan neft 462 min 893 ton və ya 6% azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top