Türkiədə məşhur müğənni saxlanıldı


İstanbulun Cihangir rayonunda səhər saatlarında həyata keçirilən narkotik əməliyyatı çərçivəsində məşhur türkiyəli müğənni Kalben saxlanılıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyatdan sonra müğənni İstanbul Baş Polis İdarəsinə aparılıb.
Müğənninin evində aparılan axtarışlar zamanı ümumi çəkisi 15 qram olan narkotik maddə ilə yanaşı, 2 min avro, 730 dollar və 1500 lirə pul götürülüb.
Türkiyə Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən saxlanılan müğənni ifadəsi alınmaq üçün İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinə aparılıb.
Polis tərəfindən şübhəli şəxs qismində saxlanılan Kalben Sağdıç barəsində başlanan istintaq davam edir.
Qeyd dək ki, 8 yaşından musiqi ilə maraqlanan 38 yaşlı müğənni Bilkent Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirib. Magistratura təhsilini başa vuraraq İstanbula köçən Kalben evdə çəkdirdiyi konsert videoları ilə geniş pərəstişkar kütləsi qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top