“Taliban”ın 7 üzvü öldü, 14-ü yaralandı – Əfqanıstanda partlayış


Əfqanıstanda Bədəxşan vilayətinin Feyzabad şəhərində partlayıcı ilə yüklənmiş motosikletdə olan naməlum şəxs “Taliban”ın hərbi maşınına hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbəyə istinadla “Aamaj News” agentliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində “Taliban” hərəkatının azı 7 üzvü həlak olub, 14 üzvü yaralanıb.
Agentliyin həmsöhbəti bildirib ki, ölənlərin cəsədləri və bütün yaralılar Bədəxşan vilayətindəki xəstəxanaya aparılıb.
Taliban hələ ki, partlayışla bağlı rəsmi açıqlama verməyib.

DİGƏR XƏBƏRLƏR

Top