“FedEx”in təyyarəsi İstanbula qəza enişi etdi – Video


“FedEx” poçt və kuryer şirkətinə məxsus “Boeing 767” yük təyyarəsi eniş qurğusunda nasazlıq olduğu üçün İstanbul Hava Limanına təcili eniş edib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, Paris-İstanbul reysini həyata keçirən təyyarə nasazlıqla bağlı İstanbul Hava Limanına eniş üçün icazə istəyib.
Nəticədə, Hava Limanı Xilasetmə və Yanğından Mühafizə Xidməti uçuş-enmə zolağına göndərilib. Təyyarə ön eniş şassisi açılmadığı üçün öz gövdəsi üzərində yerə enib.
Təyyarənin endiyi 16R uçuş-enmə zolağı uçuş üçün bağlanıb.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top