Neft Fondunun AÇG və Şahdənizdən gəlirləri kəskin azaldı – Son rəqəmlər


Bu ilin ilk 4 ayı ərzində Dövlət Neft Fondunun (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yatağından əldə etdiyi gəlirlər 1  milyard 798,6 milyon dollar olub.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Neft Fondunun AÇG yatağından əldə etdiyi gəlir 669,4 milyon dollar və ya 27,1% azalıb.
Neft Fondunun 4 ay ərzində Şahdəniz yatağından əldə etdiyi gəlir isə 202,7 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Şahdəniz yatağından əldə edilən gəlirlər isə 4,6 dəfə və ya 733 milyon dollar azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top