Böyük Britaniya səfiri Rusiya XİN-ə çağırıldı


Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın diplomatik departamentindən məlumat verilib.
“Böyük Britaniya səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, - nazirlikdən bildirilib.
Britaniya səfirinin çağırılmasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, mayın 2-də “Reuters” agentliyi Britaniyanın xarici işlər naziri Devid Kemeronla müsahibəsini dərc edib. O, Ukraynanın Britaniya silahları ilə Rusiya ərazisindəki hədəfləri vurmaq hüququna malik olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top