Daha bir kənddə delimitasiya prosesi başladı


Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun Xeyrimli kəndində sərhədin delimitasiyası üzrə işlər başlayıb.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants (Günən) kəndinin başçısı Kamo Şaqinyan bildirib.
“İndi geodeziyaçılar kəndə gəliblər”, - deyə kəndin başçısı bildirib.
Kənddə çoxlu polis olduğunu bildirən Şaqinyan geodeziyaçıların kənddə azı üç gün qalacaqlarını deyib.
Şaqinyan həmçinin, deyib ki, kəndlilər gərgin vəziyyətdədirlər, ancaq buna baxmayaraq, onlar yolu bağlamırlar.

DİGƏR XƏBƏRLƏR

Top