Milyarder Baffet süni intellekti atom bombası ilə müqayisə etdi


Amerikalı milyarder Uorren Baffet süni intellektin meydana gəlməsini atom bombasının yaradılması ilə müqayisə edib və süni intellektin inkişafının dünyanı fırıldaqçılığın artması ilə təhdid etdiyini bildirib.
Yeniavaz.com
“Business Insider” nəşrinə istinadla xəbər verir ki, dünyanın ən varlı adamlarından biri, “Berkshire” şirkətinin baş direktoru bu barədə şənbə günü şirkətin səhmdarlarının illik yığıncağında deyib.
Baffet süni intellektin fırıldaqları həmişəkindən daha inandırıcı etdiyini bildirib. Onun sözlərinə görə, süni intellektdən istifadə edilməklə yaradılmış şəkillər və videolar o qədər inandırıcı olub ki, onların real olub-olmadığını müəyyən etmək demək olar ki, mümkün deyil.
"İnsanları aldatmaq imkanları haqqında düşünəndə, əgər bunu bir sənaye kimi qəbul etsə idik, bu, bütün dövrlərin ən sürətlə inkişaf edən sənayesi olardı", - məşhur investor deyib.
“Nüvə silahı hazırlayanda cini şüşədən buraxdıq. Bu cin son vaxtlar bəzi dəhşətli işlər görür. Onun gücü məni qorxudur. Süni intellekt də buna bir qədər oxşardır”, - deyə Baffet süni intellekti atom bombası ilə müqayisə edib.

DİGƏR XƏBƏRLƏR

Top