Qəzzada ölü və yaralıların ümumi sayı 113 minə çatır


İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı 34,7 minə yaxın insan həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat dərc edib.
“İsrailin Qəzzada bu günə qədər təcavüzü qurbanlarının sayı 34 min 683 nəfərə çatıb, daha 78 min 18 nəfər yaralanıb. Son 24 saat ərzində Qəzzada 29 nəfər ölüb, 110 nəfər yaralanıb”, - nazirliyin məlumatında deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb. 2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs elan edilib və İsrailin məlumatına görə, bu müddət ərzində 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və hazırda da davam edir.

DİGƏR XƏBƏRLƏR

Top