Fransada nazir velosipedçini vurdu


Fransanın iqtisadiyyat naziri Bruno Le Mer dünən Parisdə velosipedçini vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Figaro” qəzeti məlumat yayıb.
“Mayın 3-də axşam yerli vaxtla saat 19.30 radələrində iqtisadiyyat naziri Bruno Le Mer Parisdə velosipedçini vurub. Velosipedçinin svetoforun qırmızı işığında keçdiyi iddia edilir”, - nəşr mənbələrə istinadla xəbər verib.
Velosipedçi xəstəxanaya aparılıb. Nazirin isə xəsarət almadığı bildirilir.
Digər tərəfdən, nazir qanında alkoqol və narkotik miqdarını müəyyən edən testdən keçirilib və testin nəticələri mənfi qiymətləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top