Rus qoşunları Nigerdə ​​ABŞ hərbçilərinin yerləşdiyi bazanı ələ keçirib?


“Reuters” agentliyi ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsinə istinadla rus qoşunlarının Nigerdə ​​ABŞ hərbçilərinin yerləşdiyi hava bazasını ələ keçirdiyi barədə məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Ostin məlumatı təkzib edib.
O bildirib ki, Rusiya qüvvələri Nigerdə ​​ABŞ qüvvələri ilə eyni bazada yerləşir.
Ostin bu barədə Avstraliya, Filippin və Yaponiyadan olan həmkarları ilə birgə Havay ştatında keçirilən mətbuat konfransında danışıb.
“Qeyd edim ki, ruslar ayrıca kompleksdədirlər. Onların ABŞ qüvvələrinə və ya bizim texnikamıza çıxışı yoxdur. Mənim diqqətimdə həmişə qüvvələrimizin təhlükəsizliyi və müdafiəsidir. Və biz buna nəzarəti bundan sonra da davam etdirəcəyik. Mən hazırda qüvvələrimizin təhlükəsizliyi və müdafiəsi ilə bağlı ciddi bir problem görmürəm”, - deyə Pentaqon rəhbəri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top