““Crocus”dakı terror aktınını təşkilatçılarından biri zərərsizləşdirildi” – FTX


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “Crocus”dakı terror aktınını təşkilatçılarından birini zərərsizləşdirdiyini açıqlayıb.
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, FTX sözügedən şəxsin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "agenti" Nikolay Surnov olduğunu bəyan edib.
Qeyd olunub ki, N. Surnov “Crocus”dakı terror aktından sonra Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub:
"Məlum olub ki, o, “Crocus” terrorunun şübhəli ortaqlarından və təşkilatçılarından biri olub. Belə ki, zərərsizləşdirilən cinayətkarın fotoşəkilləri təhlükəsizlik qüvvələrinin aprelin əvvəlində konsert zalında baş verən terror aktından sonra yaydığı fotoşəkillərlə üst-üstə düşüb".
FTX-nin məlumatına görə, 47 yaşlı Nikolay Surnov Rusiyaya Litvadan gəlib və Rusiya Müdafiə Nazirliyinin obyektləri və Leninqrad vilayətindəki yanacaq terminalı da daxil olmaqla bir sıra terror aktları planlaşdırıb.
Qurumun məlumatında deyilir ki, o, Litvada mina partlayıcıları və atıcı silahlar üzrə təlim keçib.
FTX-nin bildirdiyinə görə, Surnov həbs edilərkən odlu silahdan istifadə etməklə silahlı müqavimət göstərib və zərərsizləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top