Putin “Crocus”dakı terrorda insanları xilas edən İslamı mükafatlandırdı


Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktı zamanı insanlara kömək edən üç yeniyetməni “Qurbanların xilasına görə” medalı ilə təltif edib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq fərman hüquqi informasiya portalında dərc olunub.
“Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə” mükafatını Krasnoqorskdan olan məktəblilər Artem Donskov və İslam Xəlilov, həmçinin Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının kollec tələbəsi Nikita İvanov alacaqlar.
Xatırladaq ki, “Crocus City Hall” konsert zalında terror aktı martın 22-də axşam saatlarında baş verib. 144 nəfər həlak olub, daha 551 nəfər yaralanıb. 5 mindən çox insan təxliyə edildi. Yüzdən çox insanı 15 yaşlı səkkizinci sinif şagirdi İslam Xəlilov binadan çıxarıb, həmin Krasnoqorsk 19 saylı məktəbin şagirdləri 14 yaşlı Artem Donskov və Nikita İvanov da qəhrəmanlıq göstəriblər.

DİGƏR XƏBƏRLƏR

Top