Azərbaycanla sərhəddə minalanmış ərazini bağlayan 31 erməni saxlanıldı


Ermənistan polisi Kirants kəndi yaxınlığında delimitasiya və demarkasiya prosesinin qarşısını almaq üçün Azərbaycanla sərhəddə minalanmış ərazini bağlayan 30-dan çox şəxsi saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“31 vətəndaş polisin qanuni tələbinə tabe olmadıqları üçün saxlanılıb”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top