“Heç bir ölkə kosmosa silah yerləşdirməkdə maraqlı olmamalıdır” – Pentaqon


“Heç bir dövlət kosmosda nüvə silahı yerləşdirməkdə maraqlı olmamalıdır, çünki Yerətrafı orbitdə nüvə partlayışı dəhşətli nəticələrə səbəb ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu bəyanatla ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plum Vaşinqtondakı “Meridian” Mərkəzində çıxış edib.
“Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər, xüsusən də Yerətrafı orbitə əhəmiyyətli zərər verə bilər. Bu baxımdan, kosmosdan asılı olan heç bir dövlət, yəni dünyanın bütün dövlətləri belə bir potensialın reallaşdırılmasında maraqlı olmamalıdır”, - Plum bildirib.
Eyni zamanda, o bir daha vurğulayıb ki, ABŞ Rusiyanın bu cür silahların kosmosda yerləşdirilməsi ehtimalı ilə bağlı bəyanatlarına çox ciddi yanaşır.
Xatırladaq ki, bu ilin fevralında ABŞ hökuməti, o cümlədən Prezident Co Bayden səviyyəsində Rusiyanı sübut təqdim etmədən kosmosa nüvə silahı yerləşdirmək imkanını nəzərdən keçirməkdə ittiham edib. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində belə nəşrləri Ağ Evin növbəti hiyləsi adlandırıb. Ölkə Prezidenti Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə vurğulayıb ki, Moskva kosmosda nüvə silahının yerləşdirilməsinin həmişə qəti şəkildə əleyhinə olub və indi də əleyhinədir.

DİGƏR XƏBƏRLƏR

Top